Layihə Haqqında

Bu vebsayt bir ehtiyac səbəbindən yaranıb. 2022-ci ilin Mart ayında dostlarımızla birlikdə keçirdiyimiz həftəlik film klubuna film gətirmə növbəsi məndə idi. Lakin yaddaş kartım işləmədiyindən, filmləri yükləmək üçün 3-4 saat ərzində bu vebsaytı yaratdım.

İlk aylarda vebsayt çox statik idi və yalnız HTML-dən ibarət idi. Lakin sonrakı bir il ərzində öz bacarıqlarımı inkişaf etdirdim və vebsayt üzərində işləməyə davam etdim. Bu il yeni öyrəndiyim NextJS Framework-ü ilə vebsaytı yenidən yazdım.

Hal-hazırda vebsaytın aktiv inkişafını dayandırmış olsam da, bəzən kiçik dəyişikliklər edirəm.

İstiafadə etdiyim alətlər:

Layihələrimə dəstək olmaq üçün mənə bir dənə kofe ala bilərsən😊: kofe.al/@yusifaliyevpro

Kodlarım GitHub hesabımdadır😺: FilmIsBest Repository

Ana Səhifə

Filmlər

Haqqımda